Mobil oyun

Smartfonda oynanan oyun
Bu məqalə aşağıdakı məqalələr silsiləsinə aiddir:
Videooyunlar

Mobil oyun — adətən mobil telefonda oynanan videooyun.[1] Termin həmçinin mobil telefonlar (fərdi telefonlar və ya smartfonlar), planşetlər, PDA-lar, əl oyun konsolları, portativ media pleyerləri və ya qrafik kalkulyatorları da daxil olmaqla istənilən portativ cihazda oynanan bütün oyunlara aiddir.[1] Mobil telefonda məlum olan ən erkən oyun 1994-cü ildən Hagenuk MT-2000 cihazında oynanan Tetris variantı idi.[2][3][4]

1997-ci ildə Nokia Snake oyununu təqdim etdi.[5] Nokia tərəfindən istehsal edilən əksər mobil cihazlarda əvvəlcədən quraşdırılmış Snake, o vaxtdan bəri ən çox oynanan oyunlardan birinə çevrildi və dünyada 350 milyondan çox cihazda mövcud idi.[6] Mobil cihazlar, ilkin olaraq telefon operatorlarının öz mağazaları ilə məhdudlaşsa da, oyunların yüklənməsinə imkan verən texnologiya baxımından daha təkmilləşdi. Mobil oyunlar 2008-ci ildə Apple-ın iOS App Store kimi proqram mağazalarının inkişafı ilə çox böyüdü. Birbaşa mobil platforma sahibi tərəfindən idarə olunan ilk mobil məzmun bazarı olaraq, App Store istehlakçı davranışını əhəmiyyətli dərəcədə dəyişdirdi və mobil oyunlar bazarını tez bir zamanda genişləndirdi, çünki demək olar ki, hər bir smartfon sahibi mobil proqramlar yükləməyə başlayırdı.[7]

  1. 1 2 Dal, Yong Jin. Mobile Gaming in Asia: Politics, Culture and Emerging Technologies. Springer. 27 July 2016. 6–7. ISBN 9789402408263. İstifadə tarixi: 13 February 2021.
  2. "This was the world's first cell phone with a game loaded". Phone Arena. 16 November 2014. 22 May 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 16 September 2018.
  3. Blog, Microsoft Devices. "10 things you didn't know about mobile gaming". Microsoft Devices Blog (ingilis). 2013-01-16. 2021-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-20.
  4. Andreas Elmenthaler (Elmi). "Hagenuk MT-2000 with Tetris". Handy-sammler.de. June 17, 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-08-12.
  5. "Snake is born:a mobile gaming" (holland). Nokia. Archived from the original on February 9, 2009. İstifadə tarixi: 2013-08-12.
  6. "7 Nokia World Records That Will Blow Your Mind". Archived from the original on March 30, 2012. İstifadə tarixi: 2013-08-12.
  7. Behrmann M, Noyons M, Johnstone B, MacQueen D, Robertson E, Palm T, Point J. "State of the Art of the European Mobile Games Industry" (PDF). Mobile GameArch Project. 2012. 2017-05-05 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2013-08-12.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search